Cənubi Koreya və Yaponiya Şimali Koreyanın raket atmasına reakisya verdi



 14:01 23.04.2024     270

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığını bildirib. Demedia.az xəbər verir ki,

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını açıqlayıb. Yaponiya Sahil Mühafizəsi də Şimali Koreyanın ballistik raket buraxdığını təsdiqləyib. Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, raket Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Baş nazirlik binasında raketin düşdüyü ərazidə mümkün zərərin müəyyən edilməsi üçün təcili yardım qrupu yaradılıb.

Yaponiyanın Baş naziri Kişida Fumio bölgədə gözlənilməz vəziyyətlərə qarşı bütün ehtiyat tədbirlərinin görülməsini əmr etdiyini bildirib.

Sınağın ABŞ-ın Kosmik Qüvvələrinin komandanı general Stiven Uitinqin Cənubi Koreyanın paytaxtı Seula səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib.

Bahadur Seyidov