Kanar adalarında aksiya təşkil edilib
Kanar adalarında adaya turistlərin gəlişinin dayandırılması tələbi aksiya təşkil edilib.
Demedia.az xəbər verir ki, turizm modelinin adalardakı ekoloji təsirlərinə diqqət çəkən və ada sakinlərinin yaşayış xərclərini ödəyə bilmədiklərini deyən etirazçılar “Otel tikintisini dayandırın” çağırışı edib. Etirazçılar hazırkı modelin ada sakinləri üçün yaşayış xərclərini əlçatmaz etdiyini deyib və bunun ekoloji cəhətdən dayanıqlı olmadığını iddia ediblər.
İspaniya mətbuatının məlumatına görə, Tenerifedə keçirilən etiraz nümayişinə təxminən 57 min adam qatılıb.
Bahadur Seyidov