İngiltərədə Çinə casusluq edənlər saxlanıldı



 10:40 23.04.2024     274

Böyük Britaniyada iki nəfər “düşmənə faydalı ola biləcək məlumat verməkdə” və Çin adından casusluqda ittiham olunub.

Demedia.az xəbər verir ki, saxlanılan şəxslərin ilk məhkəmə iclası Londonda keçiriləcək.

The Sunday Times qəzetinin 2023-cü ilin sentyabrında verdiyi məlumata görə, Çin adına casusluqda ittiham olunan iki nəfər 2023-cü ilin martında saxlanılıb və istintaq davam edərkən zaminə buraxılıb.

London Böyükşəhər Polis İdarəsindən verilən açıqlamada, iki şübhəlinin Londonun cənubundakı polis bölməsinə aparıldığı və oktyabrın əvvəlində məhkəmə qarşısına çıxana qədər zaminə buraxıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, casusluqla bağlı cinayətləri yoxlayan terrorla mübarizə bölməsi tərəfindən aparılan istintaq davam edir.

Şübhəli Kristofer Keş əvvəllər Böyük Britaniya parlamentində Çin Araşdırma Qrupunda çalışıb.

Bahadur Seyidov