Rusiyanın endirdiyi  zərbəyə görə teleqüllə uçub



 11:01 23.04.2024     265

Xarkovda Rusiya hərbçilərinin endirdiyi zərbə nəticəsində televiziya qülləsi uçub.

Demedia.az xəbər verir ki, nəticədə şəhərdə rəqəmsal televiziya yayımı ilə bağlı problemlər yaşanır.

Rusiyanın hərbi TG kanalları bildirirlər ki, qüllədə Ukrayna Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə koordinasiya qurğusu quraşdırılıb.

Bahadur Seyidov