Kadırov ağır xəstədir - KİV



 11:40 23.04.2024     275

Çeçenistan rəhbəri Ramzan Kadırov ağır xəstədir, onun sağalmasına çox az ümid verən “pancreas” nekrozu var.

Demedia.az xəbər verir ki, bu barədə xarici KİV  məlumat  yayıb.

Bildirilib ki, artıq bir ildir ki, Çeçenistan rəhbərinin səhhətinin vəziyyəti bir çox suallar doğurub ki, Kadırovun xəstə olması ilk növbədə özü və ətrafı tərəfindən inkar edilir:

“Çeçenistan rəhbəri Kadırov xəstədir və Kreml ciddi problemlə üzləşir - Rusiyanın ən çətin bölgəsində baş verə biləcək hakimiyyət dəyişikliyinə ən ağrısız şəkildə necə hazırlaşmaq olar?”, deyə  KİV yazır.

Nəşrin məlumatına görə, Kadırova ilk dəfə 2019-cu ilin yanvarında pankreas nekrozu diaqnozu qoyulub. Sonra Çeçenistan rəhbəri "müvəqqəti əmək qabiliyyətinin olmaması" səbəbindən tətilə getməyə məcbur olduğunu xüsusilə gizlətməyib.

Bahadur Seyidov