BMT Qəzzada kütləvi məzarlıqların araşdırılmasını tələb edir



 12:01 23.04.2024     253

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada kütləvi məzarlıqlarla bağlı xəbərlərin çox narahatlıq doğurduğunu və məzarların yerləşdiyi ərazilərdə hərtərəfli və müstəqil araşdırma aparılmalı olduğunu bildirib.

Demedia.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Şifa xəstəxanasından sonra Nasser xəstəxanasında kütləvi məzarlıqların tapıldığı xəbəri ilə bağlı suala Dujarrik, "Xəbər çox narahatedicidir" deyib.

Qəbirlərin yerləşdiyi ərazilərin hərtərəfli və müstəqil şəkildə araşdırılması lazım olduğunu vurğulayan Düjarrik bunun atəşkəsə niyə ehtiyac olduğunu açıq şəkildə göstərdiyini də bildirib.

Düjarrik yenidən humanitar yardım işçilərinə daha çox çıxışın təmin edilməsi, xəstəxanaların qorunması və əsirlərin azad edilməsi zərurətinə diqqət çəkib.

Bahadur Seyidov