Fələstin Ərəb Liqasını təcili toplaşmağa çağırıb



 13:01 23.04.2024     394

Fələstin Qəzza zolağında Fələstin xalqına qarşı soyqırım cinayətlərini müzakirə etmək üçün Ərəb Liqasını təcili toplaşmağa çağırıb.

Demedia.az xəbər verir ki, Fələstinin Ərəb Liqasındakı Daimi Nümayəndəsi Səfir Muhennad Al-Aqluk Ramallah rəhbərliyinin Ərəb Liqasından fövqəladə iclasın keçirilməsini tələb etdiyini bildirib. Görüşün daimi nümayəndələr səviyyəsində keçirilməsi tələb olunduğunu bildirən Akluk Qəzza zolağında Fələstin xalqına qarşı davam edən soyqırım cinayətlərinin həlli üçün fövqəladə toplantı çağırıldığını bildirib. İclasda işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə qeyri-qanuni yəhudi məskunlaşanların artan hücumlarının müzakirə ediləcəyini vurğulayan Akluk, Fələstinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tələbinə ABŞ-ın veto qoymasının da müzakirə ediləcəyini vurğulayıb.

Bahadur Seyidov