Kişilərdə sərtləşmə problemi - Ereksiya - Tibbi maarifləndirmə - Video
Erektil disfunksiya “impotensiya” olaraq da adlandırılır. Cinsi fəaliyyətin başlanmasında, davamlılığında problem varsa, demək, kişi impotensiya ilə üz-üzədir.
Adətən, kişilər bu problemlərindən danışmağa çəkinir, bacardıqca gizlədirlər. Hazırda dünya üzrə 40-70 yaş arasında olan kişilərin 50%-indən çoxu erektil disfunksiya yaşayır. Cinsi istəyə rəğmən, sərtləşmə probleminə görə, cinsi əlaqəyə girə bilməmək kişinin cinsi həyatını bərbad hala salmaqla qalmır, sosial həyatına da mənfi təsir edir. Narahatlığı olduğu kimi qəbullana bilməmək müalicə axtarışlarına da mane olur. Nəticə etibarilə, vəziyyət günbəgün pisləşir. Mütəxəssislər erektil disfunksiyanın səbəblərinin müxtəlif olduğu qənaətindədirlər: 1. Qayğı. Kişilərdə cinsi həvəs beyni, hormonları, duyğuları, sinirləri, əzələləri və damarları əhatə edən qarışıq prosesdir. Bunlardan hər hansı birində problem olarsa, erektil disfunksiya yaşana bilir. Oxşar şəkildə, stress və zehni yüklənmə də cinsi həvəsə mənfi təsir edir. Elə hallar olur ki, fiziki və psixi amillər birləşərək kişinin sərtləşməsinə imkan vermirlər. Məsələn; kişinin həyatında problemlər çoxdursa, fikri hansısa həyati problemə ilişib qalıbsa, cinsi həyatında aktivlik göstərməyə bilir; 2. Xroniki xəstəliklər. Cinsi həvəs olduğu halda cinsi orqan sərtləşmirsə, həmən həyəcanlanmağa əsas yoxdur. Cinsi meyillərə konsentrasiya olmaqla məsələni yoluna qoymaq mümkündür. Lakin bu mənfi hal 3 ayadək uzanan bir müddətdə dəfələrlə təkrarlanırsa, həkimə getmək lazımdır. Bu zaman dəqiq diaqnoz qoyulur, erektil disfunksiyanın səbəbi aşkarlanır. Sərtləşmədə çətinliklərin yaşandığı dövr 30 yaşdan sonra başlayır. Xroniki xəstəliklər, nahiyə zədələnmələri, cərrahi əməliyyat, alkoqol qəbulu, siqaret çəkmək vərdişi, damar tıxanıqlığı sərtləşmə probleminin ən çox rast gəlinən səbəbləridir. Diabet xəstələrində qanda şəkərin nizamsız şəkildə qalxıb-düşməsi də kişiyə ereksiya olmaq şansı tanımır;
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.