Aman! Bu hormonlu qidaları yeməyin - Canınıza yazığınız gəlsin - Video



 09:33 23.04.2024     427

Dönərdən kolbasaya, kərə yağından pendirə, hətta toyuq ətinədək həyatımız təhlükədə ola bilər!

Bəli, bu gün sizə həyatımıza daxil olan zəhərli qaidalardan danışacam. Yediyiniz qidalardan əvvəlki dadı ala bilmirsinizsə, bu videomuzu sona kimi izləyin. “Bu qidalarda hormon varmı?”, “Qatqı maddəsi varmı?”, “Qoruyucu varmı?” yəqin ki son illər ən çox eşitdiyiniz sözlərdən biridir. Hər canlı yaşama davam etməkçün qidalanmağa məhkumdur. Orqanizmin ehtiyacı olaraq qidalar bunlardır: 1. Karbohidrat; 2. Protein; 3. Vitamin; 4. Minerallar;

Bunlar normal tərkibdə və normal ölçüdə sağlamlığımızın təməlidir. Amma tərkibindəki dəyişikliklər, dəyişən ölçülər xəstəliklərin qaynağıdır. Zərərli risklər müxtəlif başlıqlar altında toplanır:  Bioloji (bakteriyalar, viruslar, parazitlər, mikrotoksinlər, geni dəyişdirilmiş qidalar);  Fiziki (şüşə, metal, plastik, daş, xarici maddə, radiasiya);  Kimyəvi (pestisidlər, veterinar dərmanları, hormonlar, sənaye və mühit amilləri, qida qatqı maddələri);

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az