Dəridəki ziyil və papillomalar quruyub yox olacaq! - Video



 12:21 23.04.2024     404

 

Papillomaların meydana gəlməsinin səbəbləri

Papillomalar bədənin müxtəlif yerlərində, ən çox da, əllərdə görülən kiçik böyümələrdir. Əksər hallarda, onlar narahatlıq və kosmetik qüsurlardan başqa heç bir təhlükə yaratmırlar. Bu ziyillər Popimolam virusunun yaratdığı xoşxassəli şişlərdir. Papillomalar hər yaşda yarana bilər, xüsusən, 16 yaşa qədər uşaqlarda daha çox rast gəlinir. Əgər qurbağaların bununla heç bir əlaqəsi yoxdursa, ziyillər, əslində, haradan gəlir? İnsan papilloma virusuna (HPV) yoluxma yolları çoxdur: -birbaşa təmas; -ictimai yerlərdə obyektlərə toxunmaq; -şəxsi gigiyenaya riayət etməmək; -hovuzların və idman salonlarının duş kabinələrində, soyunub-geyinmə otaqlarında müntəzəm olmaq; Xəstəliyin patogeni dəridəki mikro çatlar vasitəsilə daxilə nüfuz edir və gizlənərək uyğun zamanı gözləyir. Ona görə də, inkubasiya dövrünün dəqiq vaxtını söyləmək olduqca çətindir. Bədəndə hər hansı bir dəyişiklik, hormonal dalğalanma baş verirsə, virus aktivləşir. Yeri gəlmişkən, papillomalar və ziyillər, ümumiyyətlə, eyni şey deyil. Bəzən, hətta mütəxəssislər də, onları bir-birindən ayırmaqda çətinlik çəkir. Bununla belə, onları fərqləndirmək mümkündür. Papillomanın zaman keçdikcə, ziyildən fərqli olaraq, bədxassəli neoplazmaya çevrilmə riski var. Onun bir neçə növü var: 1. Adi; 2. Düz; 3. Ayaqlarda yaranan papillomalar; 4. Qocalıq səbəbiylə meydana çıxan papillomalar

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az