Ulduz futbolçu ilk dəfə İtaliya çempionu oldu



 10:21 23.04.2024     229

İtaliya A Seriyasının 33-cü turunda Della Madonnina derbisi baş tutub. "Milan" və "İnter" Cüzeppe Meatsada üz-üzə gəlib.

Demedia.az xəbər verir ki, Lider "İnter" 18-ci dəqiqədə Acerbinin, 49-cu dəqiqədə "Thuram"ın vurduğu qollarla rəqibini 2-1 məğlub edərək, liqanın bitməsinə 5 həftə qalmış 86 xalla çempionluğunu elan edib.

İtaliya nəhəngi bu qələbə ilə ikinci ulduzu geyinməyi bacarıb. “İnter”də çıxış edən türkiyəli ulduz futbolçu Hakan Çalhanoğlu karyerasında bir ilk yaşayıb. Təcrübəli yarımmüdafiəçi karyerasında birinci liqa çempionluğunu qazanıb. Çalhanoğlu daha əvvəl qazandığı 2 İtaliya Superkuboku və 3 İtaliya Kubokuna A Seriya kubokunu da əlavə edib.

Aysun / Demedia.az