Kanala düşən heyvanı görün necə xilas etdi - VİDEO



 23:48 23.04.2024     643

Sivasın Gölova rayonunda otararkən kanala düşən inəyi Zülal Polat (33) suya atlayaraq xilas edib.

Demedia.az xəbər verir ki, Gölova rayonunda, Boğazköy ərazisində bir inək suvarma kanalına düşüb. D-100 şosesi ilə hərəkət edən Zülal Polat suyun axını ilə sürünməyə başlayan inəyi görüb.

Polat inəyi xilas etmək üçün kanala girib. Zülal Polat su axınının sürüklədiyi inəyə yaxınlaşaraq ətrafdakıların köməyi ilə kəndiri inəyin buynuzlarına bağlayıb. Uzun səylər nəticəsində inəyi Polat və ətrafdakılar kanaldan çıxarıblar. İnək sahibinə qaytarılıb.

İnəyi xilas etdiyinə görə xoşbəxt olduğunu bildirən Zülal Polat, “Magistral yolda gedərkən uzaqdan suvarma kanalında nəyinsə sürükləndiyini gördüm. Əvvəlcə bunun insan olduğunu düşündüm. Maşınla yaxınlaşanda anladım ki, inəkdir. Heç fikirləşmədən kömək etmək üçün suya atladım. "Uzun səylərdən sonra inəyi xilas etdik" deyib.

Aysun / Demedia.az