Pelosi Netanyahunu istefa verməyə çağırıb



 09:05 24.04.2024     283

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, demokrat deputat Nensi Pelosi bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahunun illərdir iki dövlətli həll yoluna mane olur.

Demedia.az xəbər verir ki, Pelosi Netanyahunu istefa verməyə çağırıb.  Pelosi ABŞ-ın hər baxımdan İsrailin təhlükəsizliyinə sadiq olduğunu, lakin Netanyahunun tətbiq etdiyi üsullarla razılaşmadıqlarını vurğulayıb.

"Biz İsrailin özünümüdafiə hüququnu tanımalıyıq. Biz Netanyahunun siyasət və əməllərini rədd edirik. Edilənlər dəhşətlidir” - Pelosi deyib.

Bahadur Seyidov