Şimali Koreya təlim təşkil etdiyini açıqlayıb



 10:53 24.04.2024     276

Şimali Koreya ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyi barədə təlim təşkil etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat verib. Açıqlamaya görə, ölkə lideri Kim Çen Inın nəzarəti altında düşmən hədəflərinə nüvə əks-hücumunun ssenariləşdirildiyi təlim keçirilib.

Təlimdə nüvə başlıqları daşıya bilən 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi qurğuları sınaqdan keçirilib və 352 kilometr uzaqlıqdakı adadakı şərti hədəf uğurla vurulub.

Kim qeyd edib ki, təlim Şimali Koreyanın nüvə gücünün müharibənin qarşısını almaq və müharibədə təşəbbüsü ələ keçirmək kimi vəzifələrini tez və dəqiq şəkildə yerinə yetirməyə hazır olması üçün vacibdir.

Bahadur Seyidov