Qəzza zolağının şimalında yeni köç dalğasının yaşandığı açıqlanıb



 10:15 24.04.2024     266

İsrail ordusunun intensiv artilleriya atəşi ilə hədəfə aldığı Qəzza zolağının şimalında yeni köç dalğasının yaşandığı açıqlanıb.

Demedia.az xəbər verir ki, Qəzzanın şimalında bir neçə bölgədə İsrail ordusu ilə fələstinli qruplar arasında toqquşmalar müşahidə edilir.İsrail ordusu toqquşmaların baş verdiyi Beyt Lahya, Beyt Hanun və Beyt Hanun sərhəd qapısı yaxınlığındakı əraziləri intensiv artilleriya atəşi ilə bombalayır.

İsrailin intensiv artilleriya atəşi səbəbiylə şimaldakı Beyt Lahya qəsəbəsindən Cibaliya qaçqınlar düşərgəsinə yeni köç dalğası yaşanıb.

Bahadur Seyidov