İraqın qərbində ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket hücumu olub



 11:28 24.04.2024     283

İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket hücumu İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlar yenidən başlayıb.

Demedia.az xəbər verir ki, ABŞ rəsmisi İraqın qərbində ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket hücumu edildiyini açıqlayıb:

“Dünən Ayn əl-Əsəd Hərbi Hava Bazasına hücum olub, heç bir yaralanma və dağıntı yoxdur. Bu, fevralın 4-dən bəri ABŞ qüvvələrinə ikinci hücum idi. İsrailin Qəzza zolağına hücumlarının başladığı 2023-cü ilin oktyabrından ötən fevral ayına qədər İraq və Suriyada ABŞ hərbçilərinə qarşı 165-dən çox hücum həyata keçirilib. Digər tərəfdən, aprelin 21-də İraq ərazisindən ABŞ qüvvələrinin Suriyanın Həsəkə bölgəsində yerləşdiyi Harap əl-Cir bazasına qarşı 5 raket atılıb”,  deyə o bildirib.

Bahadur Seyidov