İlon Mask işçiləri işdən çıxarır - SƏBƏB
ABŞ-da yerləşən elektrik avtomobil istehsalçısı “Tesla” Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Grünheide şəhərindəki giga fabrikində 400 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Demedia.az xəbər verir ki, şirkətin verdiyi bəyanatda Almaniyadakı giga fabrikinin işçi şurası ilə könüllü ixtisarla bağlı danışıqlar aparıldığı da bildirilir.
“Tesla”nın Gruenheide obyektində 12 mindən çox insan çalışır.
İlon Maska məxsus “Tesla” bu ay qlobal işçi qüvvəsini təxminən 10 faiz azaldacağını açıqlayıb.
Bahadur Seyidov