Senat Rusiya aktivlərini müsadirəsi  ilə bağlı layihəni qəbul edib



 12:14 24.04.2024     292

ABŞ Senatı Ukraynaya yardım və Rusiya Federasiyasının aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri paketini prosedur səsvermədə qəbul edib.

Demedia.az xəbər veir ki, bir neçə senator sənədin qəbulunu yubatmağa və ya rədd etməyə çalışsa da, onların təklifləri rədd edilib.

Qeyd edək ki, ABŞ-nin Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi barədə qanunu təsdiqlənməsini Avropa rəsmiləri beynəlxalq hüququn potensial pozuntusu hesab edir, Rusiyanın aktivlərini müsadirə etməkdən imtina edirlər. Avropadakı rəsmilər ABŞ-nin riskli hesab etdikləri hərəkətlərdə israr etməsindən qəzəblənirlər, çünki Rusiya aktivlərinin əksəriyyəti Avropadadır və Rusiyanın cavab tədbirləri ilk növbədə ona təsir edəcək.

Bahadur Seyidov