İnsan Haqlarının Hesabatı: “Həmas günahkardır”



 14:43 24.04.2024     280

ABŞ-nin 2023-cü il İnsan Haqları Hesabatında oktyabrın 7-də törədilən hücumlarda HƏMAS günahlandırılır, eyni zamanda İsrailin Qəzzada fələstinli mülki şəxslərə qarşı ciddi insan haqları pozuntuları törətdiyi və “görünməmiş sayda” jurnalistin ölümünə görə məsuliyyət daşıdığı bildirilir.

Demedia.az xəbər verir ki, Qəzzada minlərlə dinc sakinin öldürülməsi zamanı İsrailə qeyd-şərtsiz dəstək verdiyi və bölgəyə humanitar yardımı məhdudlaşdırdığı üçün ağır tənqidlərə məruz qalan ABŞ 2023-cü il İnsan Haqları Hesabatını dərc edib.

2023-cü il ölkələri hesabatının giriş hissəsində Qəzzadakı humanitar böhran və Rusiyanın Ukraynadakı pozuntularına üstünlük verilib.

Hesabatı ictimaiyyətə açıqlayan ABŞ dövlət katibi Antoni Blinken İsrail-Fələstin problemi və Qəzzadakı humanitar böhran, Rusiyanın Ukraynadakı pozuntuları və Sudan böhranı kimi bəzi mövzulara istinad edib.

Blinken, İsrailin "Qəzzada beynəlxalq hüquqa uyğun hərəkət edib etmədiyi" ilə bağlı araşdırmanın davam etdiyini və bu mövzuda əldə etdikləri nəticələri tezliklə ictimaiyyətlə paylaşacaqlarını bildirib.

Bahadur Seyidov