Ən az radiasiya yayan smartfonlar açıqlandı
Sağlamlığınız üçün ən az radiasiya yayan smartfonların siyahısı açıqlanıb.
Demedia.az xəbər verir ki, Almaniya Federal Radiasiyadan Mühafizə Ofisinin paylaşdığı ən az radiasiya yayan telefonlar siyahısına baxdığımızda ZTE Blade V10-un zirvədə olduğunu görülür.
Cihazın SAR dəyəri baş üçün 0,13 Vt/kq, bədən üçün isə 0,22 Vt/kq təşkil edir.
İkinci yerdə “Samsung Galaxy Note 10+” və onun arxasında “Samsung Galaxy Note 10” qərarlaşıb. İki modelin yaydığı şüalanma baş və bədən üçün müvafiq olaraq 0,19 Vt/kq – 0,28 Vt/kq və 0,21 Vt/kq – 0,29 Vt/kq təşkil edir.
Bahadur Seyidov