Körpələrdə çəki azlığı - Ürək qüsuru ola bilər! - Video



 10:16 24.04.2024     450

Uşaqlarda çəki azlığı hipotrofiya adlanır.

Hipotrofiya zamanı uşaq orqanizmində orqan və sistemlərin inkişafı gecikir, tez-tez infeksion xəstəliklər yaranır. Hətta xəstəliyin ağır formaları körpənin həyatını itirməsinə də səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və adətən, müalicəsi xəstəxana şəraitində aparılır.

Doğuş və ya hamiləlik vaxtı ürək müayinəsi aparılmayıbsa, körpə vaxtlarda və ya böyümə çağında hərəkət etməyə başlayanda, yaxud da südəmər dövrdə qidalanmasının geri qaldığını və çəkisinin çoxaldığını hiss etdikdə, uşaq tez-tez tənəffüs yolu xəstəliklərinə mübtəla olanda, ağlayanda, iməkləməyə başlayanda burun-ağız bölgəsində, çox ağlayarkən əllərində və qulaqlarında göyərmələr olanda uşağın ürəyində qüsur ola biləcəyindən şübhələnmək lazımdır.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az