"Məqsəd soyunmaq deyil, şoudur" - Hadisə ilə bağlı şok sözlər
Türkiyəli məşhur aktrisa Yeliz Yeşilmen bir müddət əvvəl məşhur müğənni Hadisə Açıkgözlə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Demedia.az xəbər verir ki, dekolteli səhnə geyimləri geyindiyi üçün tənqidi şərhlər alan Hadisəyə dəstək verən Yeşilmen bunları söyləyib:
"Məncə, dekolteli paltar geyinmək Hadisəyə yaraşır. Düşünürəm ki, bu, Hadisədən kənarda digər insanları qıcıqlandırır. Çünki səhnə təkcə tamaşa qoymadan soyunmaqdan ibarət deyil. Əgər o paltarı geyinirlərsə, altında şou olmalıdır. Geyimin sadə görünməməsi üçün səhnədə şou olmalıdır. Üzr istəyirəm, Hadisədən başqa hamıya çox sadə görünür. Məqsəd soyunmaq deyil, məqsəd özünü göstərməkdir. İndi başa düşün! Hadisə, qız, sən çox seksualsan, səni kimisini tanımıram!".
Aysun / Demedia.az