Qiymət bahadır deyib bərbərə silahla hücum etdi - VİDEO
Türkiyədə Beyoğluda saç düzümü üçün ödənişin baha olduğunu deyən müştəri iş yerinə atəş açıb.
Demedia.az xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmayıb, hücum anları təhlükəsizlik kamerasına düşüb.
Hadisə Beyoğlu Hacıahmet Məhəlləsi İplikçi Fırın küçəsində baş verib. Əldə edilən məlumata görə, Mustafa D. üzünü qırxmaq üçün bərbərə gedib. Saçını və saqqalını qırxdıqdan sonra qonorarın nə qədər olduğunu soruşub. Bərbər Hikmət Zengin 150 lirə olduğunu deyəndə müştəri endirim istəyib. Sonra bərbər “120 lirə olacaq” deyib. Müştəri Mustafa D. cibindən 100 lirə çıxararaq bərbərə verib. Bunun üzərinə bərbərlə müştəri arasında mübahisə yaranıb.
Mübahisə böyüdükcə mağazanın qarşısına çıxan iki nəfər arasında qısa müddət ərzində dava düşüb. Daha sonra Mustafa D. bərbərxanadan çıxaraq uzaqlaşıb. Bir müddət sonra Mustafa D. bərbərxanaya gələrək iş yerini güllələyib. Hadisə zamanı ölən və yaralanan olmasa da, hücum edən şəxs qaçıb.
Aysun / Demedia.az