“Amnesty İnternational”ın amerikalı nümayəndəsi İsrailə tənqid etdi



 09:33 25.04.2024     256

“Amnesty İnternational”ın ABŞ bölməsinin icraçı direktoru Pol Obrayen İsrailin Qəzzada ABŞ-ın silah-sursatından istifadə edərək hərbi cinayət törətdiyini bildirib.

Demedia.az xəbər verir ki, o sosial media hesabında bu barədə yazı paylaşıb. Beynəlxalq Amnistiya Təşkilatının apardığı araşdırmalara görə İsrail ordusunun fələstinlilərə qarşı müharibə cinayətləri işlədiyini ifadə edən Obrayen "Buna görə də ABŞ-ı müharibə cinayəti törədən silahların göndərilməsini dayandırmağa çağırırıq" deyə bildirib. Obrayen yazısında xarici yardım paketi ilə bağlı səsvermədə sənədin əleyhinə səs verən ABŞ Senatı və Nümayəndələr Palatasının üzvlərinə təşəkkür edib.

Bahadur Seyidov