ABŞ-ın Ukraynaya yeni silahlar göndərməsinə Rusiyadan reaksiya



 13:03 25.04.2024     255

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək.

Demedia.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırarkən belə deyib.

ABŞ-ın Ukraynaya silah göndərməsini qiymətləndirən Peskov, "Münaqişə bölgəsindəki vəziyyət çox mənalı və aydındır. Bununla belə, yəqin ki, hazırlanan bütün yeni silah partiyalarının cəbhədəki vəziyyəti dəyişməyəcəyini söyləməkdən yorulmuruq” deyə bildirib.

Peskov Ukraynaya uzaqmənzilli raket sistemlərinin tədarükü ilə bağlı sualı şərh etməyəcəyini və bunun Rusiya Silahlı Qüvvələrinin üzərinə düşdüyünü bildirib.

Bahadur Seyidov