Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib
Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib.
Demedia.az xəbər verir ki, Şimali Koreya mərkəzi xəbər agentliyinin məlumatında, Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi heyətin rəsmi səfər çərçivəsində İrana getdiyi bildirilib.
Xəbərdə Şimali Koreya lideri Kim Çen Inın diplomatik təcriddən çıxmaq üçün ABŞ-a qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı qeyd edilib. Qeyd edək ki, Şimali Koreya öz yüksək vəzifəli məmurlarını sonuncu dəfə 2019-cu ildə İrana göndərib.
Bahadur Seyidov