İtaliya “Amazon”u cərimələdi



 12:02 25.04.2024     262

İtaliya Rəqabət İdarəsi ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması “Amazon”u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib.

Demedia.az xəbər verir ki, Rəqabət Qurumunun yazılı açıqlamasında “Amazon”un İtalyan internet saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edildiyi və bunun istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı ifadə edilib. Bildirilir ki, bu insanları o məhsulu almağa təşviq edib. Qurumun bu səbəbdən “Amazon”u 10 milyon avro cərimələdiyi bildirilib. İtaliyanın ANSA agentliyinin dərc etdiyi xəbərdə “Amazon”un bu cəzadan şikayət etmək niyyətində olduğu bildirilib. Bildirilib ki, şirkət qərarla razılaşmayıb və müştərilərinin cərimə predmeti olan “Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini irəli sürüb.

Bahadur Seyidov