Bu ölkədə epidemiya elan edildi
Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla 5 bölgədə M pox (mpox) xəstəliyinin aşkarlanmasından sonra epidemiya elan edilib.
Demedia.az xəbər verir ki, Konqo Respublikasının Səhiyyə Naziri Gilbert Mokoki açıqlamasında ölkədə 19 Mpox (mpox) xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edildiyini açıqlayıb.
İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.
Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.
Bahadur Seyidov