“Boeing” uçan avtomobillər istehsal edəcək



 11:01 25.04.2024     244

“Boeing” şirkəti uçan avtomobillər istehsal edəcək

Demedia.az xarici KİV-ə  istinadən xəbər verir ki, ilk mərhələdə xüsusilə sıx məskunlaşan şəhərlərdə istifadə ediləcəyi bildirilən uçan avtomobilin nəqliyyat sıxlığını böyük ölçüdə azaltması gözlənilir.

Şirkətin top menecerlərindən biri olan Todd Citron iddiaları təsdiqləyib və uğur qazanacaqlarına əmin olduqlarını vurğulayıb.

Nəqliyyat vasitəsinin ətraf mühitin qorunması baxımından faydalı texnologiyalara sahib olacağı da bildirilir. Uçan avtomobilə xüsusi şaquli qalxma və enmə (eVTOL) sisteminin də inteqrasiya ediləcəyi bildirilir.

Elektrikli versiyası olduğu deyilən təyyarə yeni nəsil avtonom istifadə xüsusiyyətləri ilə də gələcək. Bundan əlavə, avtomobilin müxtəlif süni intellekt funksiyalarına sahib olacağı gözlənilir. Lakin kifayət qədər yeni olan bu layihə Amerika başda olmaqla bir çox ölkədən rəsmi təsdiq tələb edir.

Bahadur Seyidov