ABŞ-də təyyarə qəzası -Ölənlər var
Amerika Birləşmiş Ştatlarının Alyaska əyalətində təyyarə qəzası olub.
Demedia.az xəbər verir ki, 2 pilotu olan Douglas DC-4 Skymaster tipli hərbi nəqliyyat təyyarəsi Fairbanks Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra Tanana çayının sahilində qəzaya uğrayıb.
Alyaska əyalət polisi qəzadan sağ qalanların olmadığını açıqlayıb. Alaska Air Fuel şirkətinin idarə etdiyi təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.
İlk dəfə II. İkinci Dünya Müharibəsi zamanı xidmətə girən bu təyyarələrin çox az olmasına baxmayaraq, hazırda onlardan 2-si Alaska Air Fuel tərəfindən idarə olunur.
Bahadur Seyidov