Kral atları küçədə qarışıqlıq yaratdı, yaralananlar var



 12:40 25.04.2024     264

İngiltərənin paytaxtı Londonda məşq zamanı qaçan kral atları küçələrdə qarışıqlıq yaradıb.

Demedia.az xəbər verir ki, hadisə zamanı baş verən qəzalarda 4 nəfər yaralanıb.

Londonda Kral Süvari Alayına aid 5 at Belqraviya bölgəsində gündəlik məşq edərkən atlılarını ataraq xilas olub. Küçələrdə sürətlə qaçan atlar panikaya səbəb olub. Atlardan birinin Bukingem Sarayı küçəsində avtomobili, digər atın isə tur avtobusunu vurduğu bildirilir. Hadisə şahidləri atın qan içində olduğunu bildiriblər.

London Təcili Yardım Xidmətindən verilən açıqlamada hadisə nəticəsində yaralanan 4 nəfərin xəstəxanaya aparıldığı bildirilib. Bir müddət sonra ətrafdakıların köməkliyi ilə atlar tutularaq baytar həkimə aparılıb.

Bahadur Seyidov