Türkiyə kubokunda növbəti matç keçirildi
Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Trabzonspor” səfərdə Fatih Karagümrükü qəbul edib.
Demedia.az xəbər verir ki, qarşılaşmada 3-2 hesabı ilə qalib gələn “Trabzonspor” revanş öncəsi üstünlük əldə edib. Cavab qarşılaşması mayın 8-i çərşənbə günü oynanılacaq.
Meydan sahibləri 15-ci dəqiqədə Viska ilə önə keçərkən, Karagümrük 22-ci dəqiqədə Rayan Mendeşlə cavab verib. “Trabzonspor”da Densvil 41-ci dəqiqədə komandasını yenidən hesabda irəli çıxarıb.
45-ci dəqiqədə qaragümrüklü Ceccherini ilə döyüşən Enis Destan rəqibinə yumruq zərbəsi endirib. VAR yoxlamasından sonra futbolçu qırmızı vərəqə alıb.
Trabzonspor ikinci hissədə Fountaşın 49-cu dəqiqədə vurduğu qolla fərqi 2-yə yüksəldib. Flavio Paoletti 80-ci dəqiqədə Karagümrükün ikinci qolunu vurub.
Aysun / Demedia.az