BAŞ AĞRILARI: Səbəbləri.Simptomları.Müalicəsi - Video
Ağrılar 90% birincili, 10% ikincili olaraq görülməkdədir.
Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxır. Gərginlik tipli, miqren, klauster və digər birincili olaraq ayırd edirik. İkincili baş ağrıları zamanı isə altda yatan səbəb mütləq olur. Kəllə-beyin travmaları, kranial və servikal damar xəstəlikləri, qeyri-damar intrakranial xəstəliklər, beyin şişləri, göz xəstəlikləri, sinusitler, meningitlər və s. ikincili baş ağrılarına gətirib çıxarır.Baş ağrısının bir çox səbəbi ola bilər. Stress, yorğunluq, aclıq, su çatışmazlığı, sinüzit, miqren, sinir sıxılması, göz xəstəlikləri, boyun ağrısı və bəzi sağlamlıq problemləri baş ağrısına səbəb ola bilər. Baş ağrıları zaman-zaman azala və ya öz-özünə keçə bilər, lakin davamlı və şiddətli baş ağrıları baş verərsə, həkimə müraciət etmək vacibdir.
Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.
Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az