613 gün COVID ilə xəstə... - Sonu necə oldu?
Artıq gündəmdə olmasa da, bütün dünyada COVID-19 xəstəliyi ilə bağlı araşdırmalar davam edir.
Demedia.az xəbər verir ki, zaman-zaman ətrafımızda xəstəliyə yoluxan insanlar haqqında eşidirik, amma əvvəlki kimi epidemiya yoxdur. Ancaq hollandiyalı xəstə üçün vəziyyət çox fərqlidir.
72 yaşlı hollandiyalı xəstə 613 gündür ki, COVID-19 xəstəliyinin öhdəsindən gəlməyə çalışır. Bu, indiyə qədər bildirilən ən uzun COVID-19 hadisəsidir. İş o yerə çatıb ki, xəstəlik artıq kişi orqanizmində yeni varianta çevrilib. Xəstənin əvvəllər bir növ leykoz olduğu və bunun üçün kök hüceyrə müalicəsi aldığı, lakin sonradan limfa xərçənginə tutulduğu bildirilir. Onun limfa xərçəngi üçün qəbul etdiyi dərmanların onun immun sistemini də zəiflətdiyi və buna görə də COVID-19-a tutulduğu bildirilir.
2022-ci ilin fevral ayında xəstələnən şəxs monoklonal anticisimlər və steroidlərlə müalicə olunmağa çalışılsa da, o, bu müalicələrə cavab verməyib. Həmçinin görünür ki, xəstə COVID-19-a yoluxmazdan əvvəl çoxlu COVID peyvəndi alıb, lakin antikorlar bu peyvəndlərə cavab verməyib.
Xəstə indiyədək dəfələrlə xəstəxanaya yerləşdirilib. Lakin ilk müalicədən cəmi 21 gün sonra virusun mutasiyaya uğradığı məlum olub.
DNT-si sıralanan virusun xəstəliyin müalicəsində istifadə edilən “sotrovimab” adlı dərmana qarşı müqavimət göstərdiyi görülüb. 2022-ci ilin fevralından 2023-cü ilin sentyabrına qədər toplanan burun nümunələri araşdırılaraq virusun 50 fərqli mutasiyaya məruz qaldığı və bunlardan birinin də insanın immun sistemini görməməzliyə vura bilən mutasiya olduğu bildirilir.
2023-cü ilin oktyabrında dünyasını dəyişən xəstənin əsas ölüm səbəbinin limfa xərçəngi olduğu da alınan məlumatlar arasındadır.
COVID-19-un bu qədər uzun sürməsi normaldırmı?
COVID-19-un bu qədər uzun müddəti müşahidə edilməsə də, son araşdırmalar göstərir ki, 100 infeksiyadan üçündə 1 aydan çox davam edir.
Bu uzunmüddətli infeksiyaların problemi bədəndə qalan virusun qaldığı müddətdə getdikcə daha çox mutasiyaya uğramasıdır. Təbii ki, bu mutasiyaların bəziləri immunitet sistemindən qaça bilən tip ola bilər. “Omikron” adlı variantın belə bir mutasiya nəticəsində ortaya çıxması alimlərin nəzəriyyələri arasındadır.
Hər bir mutasiya ilə baş verən variantlar ictimai sağlamlığa böyük təsir göstərəcək qədər güclü olmasa da, xəstələrə bu uzunmüddətli infeksiyalara qarşı ən yaxşı qayğı və müalicənin göstərilməsi vacib görünür.
Aysun / Demedia.az