Hər kəs bu görüntülərdən danışır: Ayı ilə ilanlar...
Sivasın Suşehri rayonunda bir şəxs təbiət gəzintisi üçün getdiyi Köse dağında qış yuxusundan oyanan ayı və ilanları lentə alıb.
Demedia.az xəbər verir ki, Salih Güleç təbiət gəzintisinə çıxdığı Köse dağında qarşılaşdığı ana və iki bala ayını mobil telefon kamerası ilə lentə alıb. Güleçi görən ayılar qaçıblar. Güleç qış yuxusundan oyanan uzunluğu 2 metrə çatan üç ilanla da qarşılaşıb. İki erkək ilanın dişi ilə cütləşmək üçün ölümcül mübarizəyə girdiyi görülüb.
Təbiət həvəskarı olduğunu bildirən Güleç: “Qarların əriməsi və yazın gəlişi ilə Kösə dağına getdim. Qış yuxusundan təzəcə oyanan ayılara və ilanlara rast gəldim. Mən onları mobil telefonumla lentə aldım".
Aysun / Demedia.az