KİV: Ukrayna Rusiyanın əlinə keçərsə, Moldova növbəti olacaq



 09:07 26.04.2024     382

Münaqişələrin hökm sürdüyü Ukrayna və Rumıniya arasında sıxışan Moldovada Rusiyanın müdaxiləsi artır.

Demedia.az xəbər verir ki,  bunu  Washington Post” qəzeti  yazıb.

Nəşr qeyd edir ki, Qərbdən əlavə yardım olmasa, o, Moskvanın nəzarəti altına düşə bilər:

“Moldovanın yenicə təyin olunmuş yüksək səviyyəli diplomatı, 37 yaşlı Mixay Popsoi Bayden administrasiyasının rəsmilərinə və qanunvericilərə Ukraynadakı münaqişənin təkcə Ukrayna ilə bağlı olmadığını xatırlatmaq üçün Vaşinqtona gəlib. Qonşu ölkədə münaqişə başlayandan bəri üç milyonluq Moldovanın əhalisi görünməmiş qeyri-sabitlik və narahatlıqla üzləşib. Putin Moldovanın təhlükəsizliyini təhdid edir, iqtisadiyyatını sıxır və demokratiyasına zərbə vurur - bütün səylər ölkənin qərbyönlü rəhbərliyini yeni hökumətlə əvəzləməyə hesablanıb”.

Bahadur Seyidov