Çad ABŞ əsgərlərini ölkədən qovur
Çad hökumətinin ölkədə yerləşdirilən ABŞ qüvvələrini deportasiya edəcəyi iddia edilib.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-i məlumat yayıb.
Bildirilir ki, Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyi ilə bağlı iddialar var.
Çad hökumətinin Vaşinqton administrasiyasına yazılı bildiriş göndərərək, iki ölkə arasındakı razılaşmanın ləğv oluna biləcəyini və Çadda yerləşən ABŞ qüvvələrinin ölkədən çıxarıla biləcəyini bildirib.
Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, 100-ə yaxın olduğu təxmin edilir.
Bahadur Seyidov