Makron: Avropa ölümcüldür



 11:19 26.04.2024     360

Fransa prezidenti Emmanuel Makron Parisdə Sorbon Universitetində etdiyi çıxışında Avropanın “etibarlı” müdafiə strategiyası yaratmalı olduğunu bəyan edib.

Demedia.az-ın məlumatına görə, Prezident deyib ki, Avropa ölümcüldür və ölə bilər.

Avropanın dəyişən dünyanın çağırışlarına qarşı müdafiəsini artırmalı olduğunu deyən Makron, Avropanın Rusiya kimi qlobal təhlükələrə qarşı kifayət qədər silahlanmadığını bildirib. Avropanı "etibarlı" müdafiə strategiyası yaratmağa çağıran Makron, "Avropamız ölümcüldür və ölə bilər. Bu, yalnız seçimlərimizdən asılı olaraq dəyişə bilər" deyib.

Bahadur Seyidov