ABŞ Ukraynanın tələb etdiyi uzaqmənzilli ballistik raketləri Kiyevə çatdırıb



 12:40 26.04.2024     253

ABŞ Ukraynanın tələb etdiyi uzaqmənzilli ballistik raketlərin gizli şəkildə Kiyevə çatdırıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Patel, Ordu Taktik Raket Sistemi (ATACMS) kimi tanınan uzaqmənzilli raketlərin Prezident Co Baydenin göstərişi tədarük edildiyini, lakin Ukraynanın tələbi ilə tədarükün açıqlamadıqlarını bildirib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan isə jurnalistlərə bildirib ki, tədarüklər Rusiyanın Şimali Koreyadan ballistik raketlər alıb Ukraynaya qarşı hücumları artırdıqdan sonra həyata keçirilib.

Bahadur Seyidov