ABŞ Yəməndən atılan raketləri zərərsizləşdirdi



 12:20 26.04.2024     346

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdən atılan gəmi əleyhinə ballistik raketi və 4 pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.

Demedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X Husilərin nəzarətində olan bölgələrdən atılan gəmi əleyhinə ballistik raketlə bağlı sosial media hesabından açıqlama verib. Açıqlamada gəmi əleyhinə ballistik raketin vurulduğu, 4 PUA-nın da hədəfə alındığı bildirilib. Açıqlamada bu fəaliyyətlərin naviqasiya azadlığının qorunması və beynəlxalq suların ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz olması üçün həyata keçirildiyi bildirilib.

Bahadur Seyidov