ABŞ Polşa və Hollandiyaya raketlərin satışını təsdiqlədiyini açıqlayıb



 14:21 26.04.2024     348

ABŞ Dövlət Departamenti Polşa və Hollandiyaya qabaqcıl radiasiya əleyhinə idarə olunan raketlərin (AARGM-ER) satışını təsdiqlədiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasında, iki Avropa ölkəsi, Polşa və Hollandiyaya uzaq məsafəyə malik qabaqcıl radiasiya əleyhinə idarə olunan raketlərin mümkün satışının təsdiqləndiyi bildirilib. Polşa 1,2 milyard dollar dəyərində 360 antiradar raketi və proqram dəstəyi, Hollandiya isə 700 milyon dəyərində 265 raket istəyib. Bildirilib ki, Avropa ölkələrinin müdafiə imkanlarını artırmaq üçün almaq istədikləri raketlər real müharibə şəraitində istifadə edilmiş AGM-88 HARM anti-radar raketlərinin təkmil versiyasıdır.

Bahadur Seyidov