Rusiya kosmosda silahlanma yarışının qarşısını almağa çağıran qətnaməyə veto qoyub



 14:00 26.04.2024     318

Rusiya BMT Təhlükəsizlik Şurasında kosmosda silahlanma yarışının qarşısını almağa çağıran qətnaməyə veto qoyub.

Demedia.az xəbər verir ki, ABŞ və Yaponiya tərəfindən irəli sürülən qətnamə layihəsi 1967-ci il Kosmos Müqaviləsində artıq təsbit edilmiş prinsipi bir daha təsdiq etməyə çağırıb. ABŞ xəbərdarlıq edib ki, Rusiya kosmosa yerləşdirilən peyklər əleyhinə nüvə silahları hazırlayır. Lakin, Rusiya hazırkı razılaşmaya tamamilə sadiq olduğunu bildirib.Təqdim edilən layihədə “bütün dövlətləri, xüsusən də böyük kosmik imkanlara malik olanları kosmosdan dinc məqsədlərlə istifadə və kosmosda silahlanma yarışının qarşısının alınması məqsədinə fəal töhfə verməyə çağırılıb.Şuranın 15 üzvündən 13-ü lehinə, veto hüququna malik 5 daimi üzvdən biri olan Rusiya əleyhinə, Çin isə bitərəf qalıb.

Bahadur Seyidov