Çörək, şəkər yemək şəkər xəstəliyi yaratmır? - Video



 09:44 26.04.2024     486

 

Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalanır. İnsan orqanizmi bu maddədən enerji əldə etmək üçün istifadə edir.

İnsulin adlı hormon qlükozanı orqanizmin hüceyrələrinə daşıyır. Şəkərli diabet zamanı insanlarda insulin çatışmazlığı səbəbindən şəkər hüceyrələrə daşınmır və qanda qlükozanın səviyyəsi artır. 1-ci tip diabet uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinən auto- immun xəstəlikdir. Bu zaman orqanizmdə insulin istehsalı dayanır. 1-ci tip diabetin səbəbi dəqiq bilinmir, genetik faktorun və ətraf mühitin təsirinin olduğu ehtimal edilir. 2-ci tip diabetdə isə orqanizm yetərincə insulin hormonu ifraz edə bilmir və ya onun hüceyrələrə təsiri azalır. Artıq çəki, hərəkətsizlik və genetik faktor 2-ci tip diabetin səbəbi kimi qeyd edilir. Uşaqlarda diabet ən çox 10-14 yaş arasında müşahidə olunur. Bununla bərabər 1-3 yaşlarında diabetli uşaqlara da rast gəlinir. Diabeti vaxtında aşkar etmək üçün onun əlamətlərini bilmək lazımdır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında Uşaq Endokrinoloqu Aygün Musayeva ilə olan müsahibəni sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az