Belə qaçış planı görülməyib: Tunelin sonu görün hara çıxdı
Venesuelada həbsxanadakı iğtişaşdan istifadə edən məhbusların tunel qazaraq qaçmağa çalışması bütün dünyada maraqğa səbəb olub..
Demedia.az xəbər verir ki, son günlərin ən inanılmaz hadisələrindən biri Cənubi Amerikanın 28 milyon əhalisi olan Venesuelada qeydə alınıb.
Ölkədəki Maracaibo həbsxanasından 20-yə yaxın məhbus qaçmağa cəhd edib. Metr uzunluğundakı gizli tuneli günlərlə qazan məhbuslar nəhayət tunelə girərək qaçmağa başlayıblar. Onun qaçmağa cəhd etdiyini görən mühafizəçilər və polis tunelin çıxışında gözləməyə başlayıb.
Kameraya düşən görüntülərdə tuneldən güclə çıxan məhbusların bir-bir polislər tərəfindən tutulması dünya mediasında böyük səs-küyə səbəb olub. Səlahiyyətlilər xatırladıblar ki, məhbuslar uzun müddətdir tunel qazıb, həbsxanada kiçik miqyaslı iğtişaş zamanı qaçmaq üçün fürsət gözləyirmiş. Tuneldən qaçmağa çalışan 3 məhbus iğtişaş zamanı yüngül xəsarət alıb və yaxalandıqdan sonra xəstəxanaya aparılıb. Mövzu ilə bağlı açıqlama verən bir polis məmuru deyib: "Hər şey nəzarətdədir, can itkisi yoxdur".
Aysun / Demedia.az