Ukrayna Vaşinqtondan 10 illik hərbi güc almağa hazırlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki , Kiyev Vaşinqtonla növbəti 10 il üçün hərbi, maliyyə və digər dəstəyin həcmi ilə bağlı danışıqlar aparır.
Demedi.az xəbər verir ki, Zelenski qeyd edib ki, Ukraynanın məqsədi ABŞ ilə razılaşmanı bütün oxşar sənədlərdən “ən güclü” etməkdir.
"İndi komandalarımız - Ukrayna və ABŞ - ikitərəfli təhlükəsizlik sazişi üzərində işləyirlər, onlar artıq konkret mətn üzərində işləyirlər", - Zelenski deyib.
Onun sözlərinə görə, tərəflər Ukraynanın təhlükəsizliyinin və ABŞ ilə qarşılıqlı fəaliyyətinin konkret əsaslarını müzakirə edirlər.
Zelenskinin sözlərinə görə, saziş Ukrayna ərazisində birgə silah istehsalını da əhatə edəcək.
Bahadur Seyidov