İran: Bizim müdafiə doktrinamızda nüvə silahı istehsalına yer yoxdur



 10:12 29.04.2024     281

İran prezidenti İbrahim Rəisi ölkəsinin lideri Ayətullah Əli Xameneinin nüvə silahının istehsalını qadağan edən fətvasına uyğun olaraq, ölkəsinin nüvə və müdafiə doktrinasında nüvə silahının istehsalına yer olmadığını bildirib.

Demedia.az xəbər verir ki,  o  bunu  Tehranda keçirilən “İran Expo 2024 Sərgisi”nin açılış mərasimində Beynəlxalq Konfrans Mərkəzində çıxış edərkən deyib.

Rəisi çıxışında yarmarkada beynəlxalq iştirak səviyyəsinin ölkəsinə qarşı tətbiq edilən iqtisadi sanksiyaların təsirsizliyinə işarə etdiyini ifadə edib:

"Bu yarmarka ölkə, region və bütün dünya üçün iqtisadi inkişafı təşviq edir. Bu yarmarka İranın Sanksiyalara davamlı olduğunu və bu ölkədə heç vaxt sanksiyaların müvəffəqiyyətli olmadığını göstərir".

Rəisi çıxışında İranın nüvə silahı istehsal edəcəyi ilə bağlı narahatlıqlara da toxunaraq "Nüvə və müdafiə sənayesi də daxil olmaqla doktrinamızda nüvə silahı istehsalına yer yoxdur. Bu, Xameneinin fitvasıdır”, deyə  bildirib.

Bahadur Seyidov