Misir İsrail nümayəndə heyətini Qahirəyə dəvət edib



 14:48 29.04.2024     250

Misir Qəzzada israilli məhbusların geri qaytarılması və atəşkəslə bağlı razılığa gəlmək üçün davam edən danışıqlar çərçivəsində İsrail nümayəndə heyətini Qahirəyə dəvət edib.

Demedia.az xəbər verir ki, danışıqlarda HƏMAS rəsmilərinin də iştirak edəcəyi bildirilib. Misir mənbələrinin məlumatına görə, dəvət danışıqlar prosesini intensivləşdirmək və Qahirəyə səfər edəcək HƏMAS heyətinin təkliflərini qiymətləndirmək məqsədi daşıyır.

Bundan əvvəl, Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil Qəzza zolağında müvəqqəti atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlar aparmaq üçün Təl-Əvivə gedib.

Bahadur Seyidov