Tailandın xarici işlər naziri istefa verib



 14:18 29.04.2024     274

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpree Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib.

Demedia.az xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, baş nazir Srettha Thavisinin kabinetdə dəyişiklik etdiyi açıqlanıb. Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, Xarici İşlər Nazirliyindən və təyin olunduğu digər vəzifələrdən istefa verdiyini bildirib.

Bahadur Seyidov