ABŞ senatoru Netanyahunun Qəzzada etnik təmizləmə apardığını bəyan edib



 15:14 29.04.2024     243

ABŞ senatoru Bernie Sanders İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada etnik təmizləmə apardığını bəyan edib.

Demedia.az xəbər verir ki, ABŞ Senatının mühüm yəhudi simalarından olan müstəqil Vermont senatoru Sanders CNN-in "Birliyin vəziyyəti" proqramının qonağı olub.

Sanders, İsrailin bütün Qəzzanı məhv etməyə çalışdığını ifadə edərək, "ABŞ xalqının çoxu Netanyahunun döyüş siyasətindən  iyrənir və ABŞ-ın onu dəstəkləməsinə qarşı çıxır" deyə bildirib.

Bahadur Seyidov