Bayden və Netanyahu bu məsələləri müzakirə edib



 15:59 29.04.2024     273

ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb.

Demedia.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Bayden Netanyahu ilə telefon danışığında İsrailin təhlükəsizliyinə bağlılığını bir daha təkrarlayıb. Tərəflər girovların azad edilməsi və Qəzzada təcili atəşkəsin yaradılması ilə bağlı danışıqları müzakirə ediblər. Qəzzaya humanitar yardımın artırılmasından müzakirə edən tərəflər, yardım üçün yeni keçidlərin açılmasını da müzakirə ediblər. Bayden, Rəfaha hücumla bağlı mövqeyini təkrarlayaraq, humanitar yardımın artırılmasında irəliləyişin davamlı olması və prosesin humanitar təşkilatlarla birlikdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Co Bayden əvvəlki açıqlamalarında Refaha hərtərəfli hücuma qarşı olduqlarını bildirmişdi.

Bahadur Seyidov